Dərc olunub: 11.12.2024

Hazırda Biləsuvarda 14, Hacıqabulda 12, Neftçalada 20, Salyanda 12, Şirvanda 52 müəllim STEAM dərslərini tədris edir.

Bunu “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildiriblər.

Məlumata görə, ümumilikdə 1 şəhər və 4 rayonunun 17 məktəbində STEAM dərsləri keçirilir.

Hazırda Biləsuvar, Neftçala, Salyan rayonlarının ümumtəhsil məktəblərinin müəllimləri üçün Salyanda, Şirvan şəhəri və Hacıqabul rayonunun müəllimləri üçün Şirvanda “STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi metodikası” üzrə təlimlər keçirilir. Təlimlərin əsas məqsədi region müəllimlərinin STEAM texnologiyaları mövzusunda bilik və bacarıqlarını artırmaqdır.

İştirakçılara “STEAM metodologiyaları – PBL, PrBL, DBL, İBL, EDP”, “CAD/CAM sistemləri – 3D çap və CNC Lazer texnologiyaları”, “Birplatalı mikrokontroller ilə kodlaşdırma”, “Micro: bit və Arduino”, “Pilotsuz idarəetmə sistemləri”, “Nano və biotexnologiyalar” və “Sahibkarlıq” proqramları üzrə bacarıqlar öyrədilir.

Təlimləri uğurla bitirən müəllimlərə STEAM sertifikatı təqdim ediləcək. Həmin müəllimlər STEAM dərslərini tədris etmək hüququna malik olacaqlar.