Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin iyun ayından keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi başa çatıb.
Nazirlikdən bildirilib ki, layihə çərçivəsində iyun ayında Lənkəran rayonu və Şəki şəhərində, oktyabrda Gəncə və Mingəçevir şəhərlərində, Qax, Qazax, Qusar və Ağdam rayonlarında, dekabrda Gəncə, Sumqayıt şəhərlərində, Qazax və Ağdam rayonlarında ümumilikdə 10 min nəfərdən çox məktəblinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda müxtəlif mövzulara həsr olunan tamaşaları izləməsi təmin edilib.
Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.