Qarabağ Universitetinin Bakı şəhərində hər hansı bir filialının açılması nəzərdə tutulmur.
Bu sözləri mətbuata açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev bildirib.
“Hazırda Xankəndi şəhəri istiqamətində işlərimiz davam edir. 2025-ci ildən 2026-cı ilin sentyabr ayına qədər Qarabağ Universitetinin Musiqi və İncəsənət fakültəsinin, eləcə də Turizm fakültəsinin Şuşa şəhərində fəaliyyətə başlaması planlaşdırılır.
Ən yaxşı halda, 2026-cı ilin sentyabr ayında Kənd təsərrüfatı fakültəsinin Xocalı şəhərində açılması nəzərdə tutulur.
Bundan əlavə, Qarabağ Universitetinin Bakı şəhərində hər hansı bir filialının olması planlaşdırılmır” ,- deyə nazir fikrini tamamlayıb.