Dərc olunub: 10.12.2024

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Əsmənur Kərimli Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “STEAM AHEAD – 2024” olimpiadasının final mərhələsində iştirak edərək riyaziyyat fənni üzrə bürünc medala layiq görülüb.

Bu barədə “Azərbaycan müəllimi”nə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əsmənur Kərimli 2024-cü ilin aprel ayında keçirilən SASMO-2024 olimpiadasının qalibi kimi “STEAM AHEAD – 2024” olimpiadasına qatılıb.

Qeyd ki, olimpiadanın final mərhələsində  21 ölkədən 1254 məktəbli iştirak edib.

test

Bənzər yazılar