“İlk dəfə olaraq 13 ali təhsil müəssisəsinin büdcə əsaslı Fəaliyyət Planları Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla təsdiq edilib”.
Mektebgushesi.az xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşdə deyib.
O bildirib ki, bu addım ali təhsil müəssisələrində elmi potensialın artırılması məqsədini daşıyır.