Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) SABAH qrupları təşkilatının təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş “İnklüziv təhsil üçün daimi peşəkar
inkişaf” layihəsi həyata keçirilib.
inkişaf” layihəsi həyata keçirilib.
Layihə çərçivəsində təşkil edilmiş interaktiv seminarda ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Eminova “İnklüziv siniflərdə müxtəlif təlim üsulları”, “Təqdimat və çıxış
bacarıqlarının formalaşdırılması”, “İnküziv siniflərdə bədən dilinin planlaşdırılması” mövzularında təqdimatla çıxış edib.
Seminarın ikinci hissəsində tələbələr qruplar şəklində praktik tapşırıqlar icra edərək, təlimdən əldə etdikləri nəzəri bilikləri əyani olaraq tətbiq ediblər.
Tələbələr tərəfindən böyük maraqla qarşılanan seminarın son mərhələsində icra edilən tapşırıqların nəticələri dəyərləndirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.