Azərbaycan-Fransız Universitetində (UFAZ) magistratura proqramlarına qəbulla bağlı “Açıq qapı” günü keçiriləcək.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, görüşdə universitetin təklif etdiyi təhsil imkanları və infrastruktur haqqında ətraflı məlumat təqdim ediləcək. Tədbir 13 dekabr 2024-cü il tarixində, saat 16:00-dan 18:00-dək konfrans zalında baş tutacaq.
İştirakçılar suallarına cavab almaq və kimya mühəndisliyi, üzvi kimya, geofizika laboratoriyaları və superkompüter otağı da daxil olmaqla, UFAZ-ın beynəlxalq səviyyəli labora kimi sahələri əhatə edən laboratoriyalara ekskursiya vasitəsilə müasir infrastrukturu araşdırmaq imkanı qazanacaqlar.
Tədbir magistratura üzrə təhsil almağı arzulayan tələbələrə fakültə üzvləri, məzunlar və həmkarları ilə tanış olmaq, həmçinin UFAZ-ın dünya səviyyəli təhsil mühitini yaxından tanımaq üçün unikal bir imkan təqdim edir.
Qeydiyyat üçün keçid: https://docs.google.com/forms/d/e/1FAIpQLSdzuUzFLTpEuXj2KcbRDMthd48f-laBUy_n0nOrrIJuZga7QQ/viewform?usp=sf_link