ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi tərəfindən universitetin professor-müəllim heyəti və əməkdaşları üçün “Microsoft Sertifikatlı Təlimçi” (Microsoft Certified Educator – MCE) imtahanına hazırlıq təlimləri təşkil edilib.
Təlimlər p.ü.f.d. Vüsalə Əliyeva, baş müəllim Rumiyyə Camalova, p.ü.f.d. Xalidə Həmidova və baş mütəxəssis Elnarə Allahverdiyeva tərəfindən keçirilib.
Qeyd edək ki, “Microsoft Sertifikatlı Təlimçi” imtahanında uğurlu nəticə əldə edən iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq.