Dərc olunub: 02.12.2024


Gələcəyin Mühəndisləri ilə Görüş
Azərbaycan Memarlıq İnşaat Universitetində (AzMİU) Strateji
Planlaşdırma Şöbəsinin təşəbbüsü ilə universitetin Təmiz Şəhər
Mərkəzində növbəti maarifləndirici seminar keçirilib. Təmiz Şəhər ASC-nin
nümayəndəsi Səyyaf Rüstəmli ilə Su Təsərrüfatı Mühəndis
Kommunikasiya Sistemləri fakültəsinin tələbələrinin görüşü böyük maraqla
qarşılanıb. Tədbir, tullantıların idarə olunması zərərsizləşdirilməsi
sahəsində yeniliklərin öyrənilməsi ilə yanaşı, gənclərin ekoloji məsələlərə
olan baxışlarını zənginləşdirməyi hədəfləyirdi.
Bakı Tullantıların Emalı Zavodu: Regionda Lider
Seminar zamanı Səyyaf Rüstəmli Bakı şəhərində illik 750-800 min ton
tullantının idarə edilməsinin beynəlxalq standartlara uyğun həyata
keçirildiyini vurğulayıb. Xüsusi olaraq Balaxanı şəhər tullantılarının
zərərsizləşdirilməsi poliqonunun fəaliyyəti və tullantıların emalı üzrə Şərqi
Avropa və MDB məkanında ən iri müəssisələrdən biri olan Bakı Bərk
Tullantılar Zavodunun istehsal gücü barədə ətraflı məlumat verib.
COP29 və AzMİU: Dayanıqlı Şəhərsalmaya Dəstək
Seminarın əsas məqsədlərindən biri, COP29 çərçivəsində müzakirə olunan
“Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” mövzusu ilə birbaşa əlaqəli
olaraq, tələbələrin nəzəri biliklərini praktik təcrübə ilə gücləndirməkdir.
AzMİU-da keçirilən bu kimi tədbirlər, tələbələrin müasir ekoloji
şəhərsalma trendlərini dərindən anlamalarına, eyni zamanda gələcəkdə
daha məsuliyyətli mühəndis və memar kimi yetişmələrinə töhfə verir.
AzMİU: Ekoloji Maarifləndirmədə Lokomativ
Bu seminar AzMİU-nun davamlı inkişaf ekoloji məsələlərin həllində
öncül mövqedə olduğunu bir daha təsdiqlədi. COP29-un ruhuna uyğun
olaraq, universitetdə keçirilən bu tədbirlər, tələbələrin dünya miqyasında
aktual ekoloji problemlərin həllində fəal iştirakını təmin etmək məqsədini
güdür.
#AzMİU #TəmizŞəhər #COP29 #DavamlıŞəhərsalma