Sumqayıt Dövlət Universitetində (SDU) xarici universitetlərin tələbələri üçün qısamüddətli məktəblər fəaliyyətə başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu SDU-nun rektoru Rüfət Əzizov sosial şəbəkəsindəki hesabında paylaşıb.
Şimali Qafqaz Federal Universiteti ilə birgə təşkil olunan ilk “payız məktəbində” Rusiyanın 10 müxtəlif universitetindən seçilmiş aktiv tələbələr iştirak edir.