Fidan Quluzadənin rəhbərliyi ilə keçirilən layihənin əsas məqsədi gənclərə kommunikasiya və PR sahələrində müstəqil və nailiyyətli kariyeralarına nail olmaları üçün tələb olunan bacarıqları öyrətmək və inkişaf etdirməyə dəstək olmaqdır.
Layihə çərçivəsində 15 gənc 8 gün ərzində təlimçi Elvin Axundovun dəstəyi ilə PR və Kommunikasiyaya üçün gərəkli bacarıqlara giriş, PR-in əsas anlayışları və tarixi, kommunikasiyanın növləri və bacarıqlar, ünsiyyət və kommunikasiyanın düzgün qurulması, strategiyalarının qurulması, planlaması və məqsəd təyini, münasibətlərin idarə olunması və risklərin idarəolunması, PR üzrə şirkət layihələrinin idarə olunması, media Əlaqələri və məlumat idarəetməsi, media ilə münasibətlərin qurulması, məlumatın yayılması və idarə edilməsi, təcrübə və təhlil, plan və strategiyaların hazırlığı
strategiyaların təqdimatı və təhlili bacarıqlarının təmin edilməsi mövzularında müvafiq bilik və bacarıqlara yiyələniblər.
Proqramın sonunda gənclər sertifikatla təltif ediliblər.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi keçirilib.