Dərc olunub: 27.11.2024

Mektebgushesi.az xəbər verir ki, Kamilə Dadaşzadə Azərbaycan Milli Konservatoriyasında təhsil alıb.

Daha sonra isə Aşıqlar Birliyində fəaliyyət göstərib.

K.Dadaşzadə uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) çalışıb. O, 2005-2007-ci illərdə və 2011-ci ildən bu günə qədər ADMİU-nun Musiqi Tarixi və Nəzəriyyəsi kafedrasının müdiri olub.

Milli etnomusiqişünaslığın inkişafında böyük xidmətləri olan Kamilə Dadaşzadə 2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalələrin, monoqrafiyanın, o cümlədən, “Dastanın işarə sistemi” monoqrafiyası, “Musiqi tarixi” dərsliyinin, çoxlu sayda proqram və metodiki tövsiyələrin müəllifidir.

O, Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür./Bizim.Media

Bənzər yazılar