Dərc olunub: 27.11.2024

Lənkəran Dövlət Universitetinin (LDU) kollektivinin Lənkəran Dövlət Dram Teatrının səhnəsində izlədiyi yeni tamaşa belə adlanır. Yazıçı Cavid Zeynallının eyniadlı  pyesi əsasında  rejissor Anar Babalının Lənkəran Dövlət Dram Teatrında quruluş verdiyi,  psixoloji dram janrında olan  tamaşa günah, qisas və yalan haqqındadır, xeyirlə şərin mübarizəsini əks etdirir.

Tamaşada əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, artistlərdən Qızılgül Quliyeva, Saleh Əzimzadə, Məleykə Cəfərova, Elçin Hacıyev, Əlizamin Abbasov və başqaları ifa ediblər. Aktyorların maraqlı ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov maraqlı tamaşaya görə teatrın yaradıcı kollektivinə minnətdarlıq bildirib.

Bənzər yazılar