Bakı Dövlət Universiteti (BDU) və Çinin Anhui Universitetinin əməkdaşları arasında onlayn görüş keçirilib.
BDU-dan Mektebgushesi.az-a verilən məlumata görə, görüşdə hər iki universitet arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. BDU-nun Fizika fakültəsi ilə Anhui Universitetinin Materiallar elmi və mühəndisliyi fakültəsi arasında ikili diplom proqramı üzrə ixtisaslaşma istiqamətləri, tədris proqramlarının uyğunlaşdırılması və tələbə mübadiləsi mexanizmləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Sonda “Yarımkeçirici cihazlar və mikroelektronika”, “Optoelektronika” və “Kvant elektronikası” kimi sahələrdə magistratura səviyyəsində ikili diplom proqramının yaradılması ilə bağlı ilkin razılıq əldə olunub.