SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Evergreen” komandası Finlandiyada keçirilən “Junction 2024” hakatonunda qalib gəlib. Nəticədə tələbələrimiz sayəsində ölkəmiz Finlandiyada ilk dəfə təmsil olunduğu
yarışda tarix yazıb.
Bu barədə universitetdən məlumat verilib.
Komanda üzvləri İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələri Vüqar Abdullayev və İsmayıl Məmmədzadə, eləcə də İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Gültac Seyiddir. Mentoru isə
İnformasiya texnologiyaları kafedrasının müəllimi Nihad Əlilidir.
“Fingrid” tərəfindən təşkil edilən “Empowering Development Transparency” (İnkişafın Şəffaflığını Gücləndirmək) adlı çağırışda qalib gəlib və 1500 avroluq mükafata sahib olublar. “Evergreen”in Aligned layihəsi B2B müştərilərinin proqram təminatındakı yeniliklərdən xəbərdar olmalarını, funksional tələbləri izləmələrini və inkişaf mərhələlərini real vaxtda görmələrini təmin edən mərkəzləşdirilmiş bir platformadır.
“Junction 2024” 80-dən çox milləti təmsil edən, dünyanın müxtəlif yerlərindən gələn mindən çox seçilmiş iştirakçını bir araya gətirib. Tədbirdə 48 saat ərzində 250-dən çox layihə yaradılıb.Xatırladaq ki, komandamız Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “EESTEC Baku” tərəfindən təşkil olunan “JunctionX Baku’24” tədbirinin qalibi olmuşdu.