Dərc olunub: 26.11.2024

 

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ali məktəblər  arasında keçirilən III Beynəlxalq Kimya Olimpiadasında iştirak edirlər.

Türkmənistan Respublikasının Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadaya 11 ölkədən 24 universitet və 211 tələbə qatılıb.

BMU tələbələri  (Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə, Nihad Qasımov) universitetin professor Namiq Şıxaliyevin rəhbərliyilə Azərbaycanı bu olimpiadada yeganə təmsil edən komandadır.

Bənzər yazılar