Dərc olunub: 25.11.2024


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Türkiyə Respublikasının Ərzincan Binəli
Yıldırım Universiteti arasında birgə elmi-pedaqoji tədqiqat işlərinin aparılmasını
nəzərdə tutan əməkdaşlıq protokolu onlayn formatda imzalanıb.
Ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq, elmi-pedaqoji,
tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan əməkdaşlıq protokolunu
Aİİ-nin rektoru Aqil Şirinov və Ərzincan Binəli Yıldırım Universitetinin rektoru Akın
Levent imzalayıblar.
Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı
faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin
reallaşdırılması, professor-müəllim heyəti təhsilalanlar üçün qarşılıqlı akademik
səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Protokolda tərəflərin təhsil qanunvericiliyinə uyğun olaraq, razılaşdırılmış ixtisaslar
üzrə qarşılıqlı bakalavr və magistr proqramlarının təşkili, ikili diplom və ya ikili dərəcə
proqramlarının həyata keçirilməsi istiqamətində məsələlər öz əksini tapıb.
Sənəddə təcrübə araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin
bölüşdürülməsi, universitetlərin alim mütəxəssislərinin iştirakı ilə konfransların
keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.

Bənzər yazılar