Türkiyənin ilk insanabənzər süni intellekt robotu olan “Ada” məktəblilərə dərs deməyə başladı. Qeyd edilib ki, süni intellektin şagirdlərə dərs keçməsi Türkiyədə tarixi hadisədir.
Türkiyənin Balıkesir şəhərində tələbələrini universitet imtahanlarına hazırlayan bir təhsil müəssisəsi süni zəka ilə inteqrasiya olunmuş ilk insanabənzər robotla şagirdlərinə dərs keçməyə başlayıb.
“Ada” adlı robot dərslərdə köməkçi müəllim kimi tələbələrin suallarını cavablandırıb.
Süni intellekt və insanabənzər robot texnologiyası ilk dəfə olaraq təhsil sahəsində gündəlik həyatın bir hissəsinə çevrilib.