Rusiyanın Kazan şəhərində döyülərək həbs edilən iki iranlı tələbə azadlığa buraxılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
Məlumata görə, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali açıqlama verib.
Səfir İranın Kazandakı baş konsulu Davud Mirzəxani ilə gecə yarısına qədər danışıqlarından sonra bildirib ki, tələbələrin gözlərinin ətrafında qançırlar istisna olmaqla, sağlamlıq durumları yaxşıdır.
Səfirin sözlərinə görə, iranlı tələbələrə vizaların verilməsi məsələsi asanlaşdırılacaq.
Xatırladaq ki, ötən gün Kazan Universitetində vizaların yenilənməsi zamanı tələbələr arasında münaqişə baş verib. Daha sonra isə polisin hadisə yerinə gəlməsi ilə qarşıdurma böyüyüb və iranlı tələbələrin həbsi ilə nəticələnib.