Dərc olunub: 21.11.2024

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Mektebgushesi.azxəbər verir ki, noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.

Konfransın on birinci gününün proqramını təqdim edirik:

Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür.

Yaşıl Zona üzrə tədbirlər:

09:00 – 10:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam – “İqlim üçün su: Su həllərinin MTM-lərə və MTP-lərə inteqrasiyası. Biomüxtəliflik, su və iqlim əlaqəliliyi” mövzusunda yüksəksəviyyəli dəyirmi masa

09:00 – 10:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Nəsimi – “İqlim-təbiət əlaqəsinin əsasını təşkil edən Yerli Xalqlar və Yerli İcmaların (IPLCs) ənənəvi bilikləri” mövzusunda yüksəksəviyyəli dəyirmi masa

09:00 – 10:30. Mavi Zona, Azərbaycan pavilyonu – “BTR Clinic”: “ETF hesabat alətləri”

09:00 – 10:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – “Qafqaz dağları və ətrafı üçün dayanıqlılıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar”

09:15 – 10:15. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, təlim otağı – Aleksandr Pohl ilə nəfəsalma məşğələsi

10:00 – 10:30. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Salamlama və açılış nitqləri

10:00 – 11:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Su – Azərbaycanda ilk bərpaolunan enerji hərracının elan edilməsi mərasimi

10:00 – 11:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Kainat – “İstehlakçılıqdan dövriyyəliliyə doğru irəliləyiş: resursların optimal istifadəsi və iqlim fəaliyyəti vasitəsilə israfçılığın aradan qaldırılması”

10:00 – 11:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Enerji – “Sağlam torpaq”

10:00 – 11:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu – Təbiətə əsaslanan həllər (NBS) üçün Gənclər Koalisiyasının gücləndirilməsi 6 regionda: Yaxın Şərq və Afrika, Latın Amerikası və Karib, Avropa və Mərkəzi Asiya, Cənubi Qafqaz, Asiya və Sakit Okean, hər biri həmrəyliyə və regional iqlim strategiyalarına fokuslanacaq

10:00 – 11:30. Mavi Zona, Sədrlik, Görüş otağı 11 – “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli mandatlı tədbir

10:30 – 12:30. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, təlim otağı – “İqlim fəaliyyəti üçün inam və gəncliyin səsinin əlaqələndirilməsi”

10:45 – 11:00. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Əsas müzakirə

11:00 – 12:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 – “İqlim və biomüxtəliflik arasındakı əlaqə: davamlı gələcək üçün inteqrasiya olunmuş həllər”

11:00 – 13:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam – “İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” yüksəksəviyyəli açılış tədbiri

11:00 – 13:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “Ponto-Xəzər bio-mədəni irsinin gücü”

11:30 – 13:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Buta – “Uşaqların və gənclərin NDC 3.0 prosesinə məzmunlu cəlb olunması: irəliləyişlər və nailiyyətlər üzrə inventarlaşdırma”

12:00 – 12:30. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Soba ətrafında söhbət

12:00 – 12:30. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “Sözləri fəaliyyətə necə çevirmək olar: Effektiv ünsiyyətin gücü”

12:00 – 13:00​. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Yer – “İqlim dəyişmələri şəraitində kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri”

12:00 – 13:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “İqlim dəyişikliyində qadın liderlər: Dünyanın iqlim problemlərinin həllinə sadiq qızlar nəslini necə yetişdirmək olar”

12:30 – 13:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 – “Plastik tullantıların effektiv idarə edilməsi: Çətinlikləri anlamaq və imkanları kəşf etmək”

12:30 – 13:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – BTMİ-nin Qırmızı Siyahısının planetimizi xilas etmək üçün çağırışı

13:00 – 14:45. Mavi Zona, Sədrlik, Konfrans otağı / Nəsimi – “İqlim, təbiət və insanlar üçün meşələr: Meşələr üçün iqlim maliyyəsindən istifadə” mövzusunda yüksəksəviyyəli tədbir

13:30 – 15:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam – Rio-Trio Təşəbbüsünə həsr olunmuş yüksəksəviyyəli tədbir

14:00 – 15:00. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – “İqlim problemlərinin həllində katalizator kimi təhsildə uşaq və gənclərin səsinə diqqət yetirmək”

14:00 – 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – “QİÇS və iqlim dəyişikliyi üzrə çərçivə sənədinin təqdimatı”

14:00 – 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, İstirahət ərazisi – “Slow Food” Fondunun biomüxtəliflik dequstasiyası

14:00 – 16:00. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, təlim otağı – “İqlim dəyişmələri ilə mübarizə incəsənət ifadə üsulu kimi”

15:00 – 16:00. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Panel

15:00 – 17:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Nəsimi – Qlobal liderlərin dəyirmi masa tədbiri: “Təbiətlə bağlı müsbət gələcəyə və Paris Sazişinin Məqsədlərinə nail olmaq üçün iqlim fəaliyyətinin və biomüxtəlifliyin mühafizəsinin uyğunlaşdırılması”

15:30 – 16:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – “Dəyişən iqlimdə bəbirlərin gələcəyinin təmin edilməsi”

16:00 – 17:00. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – “Bizim gözlərimizlə: Vizual rəssamların gözü ilə iqlim dəyişmələri”

16:00 – 18:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “Ponto-Xəzər bio-mədəni irsinin gücü”

17:00 – 17:15. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Əsas müzakirə

17:00 – 18:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – “Transsərhəd çayların iqlim dəyişikliyinin təsirlərinə davamlılığı”

17:15 – 17:30. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Əsas müzakirə

17:30 – 18:30. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, təlim otağı – “Abadlıq və xarabalıq” – Afrikada iqlim dəyişmələrinin təsirlərinə dair sərgi

17:30 – 19:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam – “Bakıdan Belenə: Meşələrin inteqrasiyalı və dayanıqlı idarə olunması üçün birgə təsirin azaldılması və uyğunlaşdırılması naminə Amazon Regional Mexanizmi”

18:00 – 19:00. Yaşıl Zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – COP-da gənclərin fəallığına dair “Eşidilməyən etirazlar” sənədli filminin nümayişi və müzakirəsi

Bənzər yazılar