“Universitetlərin bölgələrə daşınmasının tərəfdarı deyiləm. Biz bölgə universitetlərinə qəbul sayını artırmalıyıq”.
Mektebgushesi.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, daha çox əhalisi olan şəhər və rayonlarda yerli universitetlərin yaradılması, filialların universitetlərə çevirilməsi məsələsinə baxıla bilər.
C.Məmmədov qeyd edib ki, bölgələrdə bəzi məktəblərin vəziyyəti o qədər də yaxşı deyil: “Onların sürətli təmirinə ehtiyac var. Eyni zamanda, məktəblərdə sıxlığı nəzərə alaraq yeni məktəb və bağçaların inşası məsələsi yaxşı olardı”.