Dərc olunub: 20.11.2024

 

2025-ci il üçün elmə 244 milyon manat ayrılıb. Bu çox böyük məbləğdir.

Mektebgushesi.az xəbər verir ki,  bunu deputat Bəxtiyar Əliyev Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

O, Təhsil Fondunun və Elm Fondunun birləşdirilməsini təklif edib:

“Gənc tədqiqatçıların maliyyələşməsi və onların elmə töhfəsini artırmaq üçün bu uğurlu addım olar. Həmçinin, hesab edirəm ki, 2025-ci ilin büdcəsində doktorantların xaricdə elmi fəaliyyəti, araşdırmalar aparması üçün vəsait ayrılması vacibdir. Bunun üçün indiyə qədər büdcədə heç vaxt vəsait nəzərdə tutulmayıb”.

Bənzər yazılar