Dərc olunub: 19.11.2024

COP29 çərçivəsində Sumqayıt Dövlət Universiteti və Oksford Universiteti (Saïd Business School) “İqlim fəaliyyətində gənclərin liderliyi: Təhsil və innovasiyalar vasitəsilə dəyişikliklərin ruhlandırılması” başlıqlı panel müzakirəsi təşkil edib.

Bu barədə universitetdən məlumat verilib.

Panel müzakirəsində iqlim fəaliyyətlərinin həyata keçirilməsində gənclərin və universitetlərin rolu, təhsil üzrə milli və beynəlxalq iqlim strategiyaları, təhsil və tədqiqatlarda iqlim dəyişikliklərinin idarə edilməsi barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, liderlik, gender və iqlim fəaliyyəti və iqlim dəyişikliyinin sağlamlığa təsirlərini aradan qaldırma yolları ilə bağlı geniş müzakirələr həyata keçirilib.

Panel müzakirəsində İqlim Dəyişikliyi üzrə Qlobal Universitet Alyansının (The Global Alliance of Universities on Climate) Gənclərlə iş üzrə baş direktoru Alice Ho, Şiv Nadar Universitetinin prorektoru Ananya Mukherjee, Oksford Universitetinin (Said Business School) professoru Juliane Reinecke, tədqiqatçısı Mary Johnstone-Louis, Burjeel Holdinqinin Səhiyyə üzrə baş direktoru Dr. Mohammad Fityan və Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov iqlim fəaliyyətlərini təhsilə inteqrasiya mövzularında təcrübələrini bölüşüb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bənzər yazılar