Noyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İtaliyanın təhsil naziri Giuseppe Valditara ilə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
Azərbaycan müəllimi