İlk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub.
Sözügedən reytinqdə dünyanın 107 ölkəsindən 1751 ali təhsil müəssisəsi təmsil olunur.
Ötən il yalnız 2 ali təhsil müəssisəmizin təmsil olunduğu bu reytinqdə Azərbaycan ali təhsil müəssisələrinin sayı 3,5 dəfə artıb. Xüsusilə qeyd edək ki, Azərbaycan sözügedən reytinqdə ilk dəfə TOP 1000-də Bakı Dövlət Universiteti (941-950) ilə təmsil olunur. Azərbaycan Dövlət İqtisad Universiteti 1081-1100-cü yerdə qərarlaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) isə ilk dəfə bu reytinqdə yer alırlar.
Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionu üzrə “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025” də təmsil olunan yeganə ölkədir.
Azərbaycan universitetlərinin sözügedən reytinqin 2024 və 2025 buraxılışlarında mövqeləri aşağıdakı cədvəldə təqdim olunur: