Noyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin təhsil naziri Yusuf Tekin ilə görüşüb.
Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki qardaş ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.