Noyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev BMT–nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29–cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə görüşüb.
Görüşdə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin COP29 çərçivəsində Azərbaycanın Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə ətraf mühit savadlılığı ilə bağlı biliklərin ölçülməsinə dair təşəbbüsü ətrafında müzakirələr aparılıb.