Dərc olunub: 18.11.2024

Gələn ilin dövlət büdcəsindən Qarabağ Universitetinin fəaliyyətinin 2025-ci ildə təmin edilməsi məqsədilə 17 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Mektebgushesi.az xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.

Universitetdə növbəti tədris ilindən etibarən 2500-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.

Həmçinin Azərbaycan-Türkiyə Universitetinin fəaliyyətinin növbəti ildə də təmin edilməsi məqsədilə 10 milyon manat vəsait proqnozlaşdırılıb.

Bunlarla yanaşı, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial- iqtisadi inkişaf Strategiyası sənədinə uyğun olaraq ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması, beynəlxalq rəqabətliliyin təmin edilməsi üçün keyfiyyəti ilə seçilən universitetlərdə və ya prioritet ixtisaslarda SABAH proqramları üzrə tədrisin təşkili (yeni tədbir) ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə 10 milyon manat nəzərdə tutulub.

Bənzər yazılar