Dərc olunub: 17.11.2024

 

Şagird sayı 151-500-dək olan ümumtəhsil müəssisələrinə vakant  direktor vəzifəsi üçün müsahibə mərhələsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası  Təhsil Nazirliyindən  verilən məlumata əsasən, noyabrın 16-da Naxçıvan Muxtar Respublikası  Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq
Nazirliyə tabe şagird sayı 151-500-dək olan ümumtəhsil müəssisələrinə vakant  direktor vəzifəsi üçün müsabiqənin  müsahibə  mərhələsi təşkil olunub.

Müsahibə mərhələsində 6 oktyabr 2024-cü il tarixində  Naxçıvanda  ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada  şagird  sayı 151-500-dək olan ümumtəhsil müəssisələrinə  direktor vəzifəsi üçün keçirilən  test imtahanında uğur qazanan 12 namizəddən 10-u iştirak edib.

Müsahibə video-çəkiliş təmin edilməklə  namizədlərin  vəzifə üzrə nəzəri bilikləri,  idarəetmə bacarıqları və liderlik keyfiyyətləri  ümumi 5 ballıq şkala əsasında qiymətləndirilib. Qeyd edək ki, 3 və daha çox bal toplamış namizədlərdən ən yüksək nəticə göstərən namizəd  vəzifəyə təyin olunacaq. Keçid balını toplamış və vəzifəyə təyin olunmayan namizədlər isə ehtiyat kadrlar siyahısına  daxil ediləcək.

Məlumat üçün bildirək ki, müsabiqəyə  4 direktor vəzifəsi çıxarılıb.

Müsabiqənin müsahibə mərhələsinin nəticələri haqqında məlumat yaxın günlərdə Nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək.

Bənzər yazılar