İşlədiyi sahədən asılı olmayaraq insan həyatda düzgün, ədalətli yol tutmağa çalışmalıdır. Öz işinə qarşı məsuliyyətli olmalı, daim öz üzərində işləməlidir. Belə olduqda həmin şəxs işlədiyi yerdə, onu tanıyanlar arasında hörmət sahibi olur, onun haqqında xoş sözlər danışılır. Bəli, elə insanlar var ki, şərəfi, ləyaqəti, mərdliyi, təmizliyi, işinə məsuliyyətlə yanaşmağı özünə əsas prinsip seçir.
Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 156 saylı tam orta məktəbin direktoru Gülər İsmayılovanın fəaliyyəti haqqında məqalə yazmamışdan əvvəl, onun əvvəl çalışdığı Xəzər rayonundakı 117 saylı tam orta məktəbdə oldum və Gülər müəllimin necə işçi, eləcə də necə insan olması haqqında maraqlandım. Qeyd edim ki, Gülər İsmayılova 117 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Məktəbin bir neçə müəllimi ilə görüşüb onun haqqında məlumat aldım. Hamı onun haqqında müsbət fikirlər söylədi. Müsahibim məktəbin texnologiya müəllimi Bəhruz Hüseynov oldu:
-Gülər İsmayılova həmişə işlərini günün tələbləri səviyyəsində qurub. O, təlim-tərbiyə və metodiki işləri lazımi səviyyədə təşkil edib, şagirdlərin dövlət standartlarına uyğun təhsil almaları üçün məktəbdə bacardığı köməyi göstərib. Metodiki şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti lazımınca həyata keçirib. O, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə öz təkliflərini verib, müəllimlərin ixtisasartırma və yenidənhazırlanma təhsilinə cəlb olunmalarına çalışıb.
Söhbət əsnasında 117 saylı tam orta məktəbin müəllimi Nigar Həsənova dedi:
-Gülər müəllimin büllur kimi təmiz daxili dünyası var. Budur, onu şagirdlərə, müəllimlərə, valideynlərə sevdirən. O, çalışqan, zəhmətkeş, işinə vicdanla yanaşan, dedi-qodudan çox uzaqolan bir
pedaqoqdur.Ona gələcək işlərində, pedaqoji fəaliyyətində nailiyyətlər, uğurlar arzulayıram.
Gülər müəllimin təhsil aldığı və 13 il müəllim vəzifəsində işlədiyi 136 nömrəli tam orta məktəbdə olduq. Öyrəndik ki, məktəbin biologiya müəllimi Lətifə Quliyeva Gülər müəllimin sinif rəhbəri olmuşdur. Sonra isə Gülər müəllim ali təhsil almış və Lətifə Quliyeva ilə birlikdə bir kollektivdə çalışmışdır. Gülər İsmayılovanın necə şagird və necə müəllim olmasını soruşduqda Lətifə Quliyeva dedi:
-Gülər müəllim hələ orta məktəbdə oxuyarkən çox çalışqan şagird olmuşdur. O, həm də məktəbin ictimai işlərində, eləcə də məktəbdə keçirilən müxtəlif rəngarəng tədbirlərdə fəal iştirak edirdi. Gülər İsmayılova müəllim işləyən zaman isə səmimiliyinə, insanlarla xoş rəftarına görə həm müəllimlərin, həm də şagirdlərin sevimlisi idi. Onu da qeyd edim ki, Gülər İsmayılova innovativ və kreativ düşüncəli müəllimdir, o, daim özünü inkişaf etdirir. Günün tələbi isə budur.
Gülər İsmayılova haqqında söylənilən bu və digər fikirlər çalışdığı illər ərzində xalqına xidmət edən xeyirxah, ədalətli, mehriban, işgüzar bir müəllim, hətta rəhbər işçi obrazını mənim təsəvvürümdə canlandırdı.
Tanışlıq üçün: İsmayılova Gülər Bəhram qızı 16 noyabr 1984-cü ildə anadan olub. 2001-ci ildə Bakının Binə qəsəbəsindəki 136 saylı tam orta məktəbi bitirib. Elə həmin il Lənkəran Dövlət Universitetinə qəbul olunub və 2005-ci ildə riyaziyyat və informatika müəllimi ixtisasını bitirib. Pedaqoji fəaliyyətə ilk dəfə 2006-cı ildə Bakı şəhəri Xəzər rayonu 136 nömrəli tam orta məktəbdə informatika müəllimi kimi başlamışdır. 13 il müəllim vəzifəsində işləmişdir. 2019-cu ildə BŞTİ-nin təşkil etdiyi müsabiqədə yüksək nəticə göstərərək, test və müsahibə mərhələlərini keçərək, BŞTİ-nin təyinatı üzrə elə həmin il oktyabrın 8-dən Xəzər rayonu S.Abbasov adına 117 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləməyə başlamışdır. 2020-ci ilin sentyabr ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən müvəffəqiyyət qazanmış və 13 sentyabr 2021-ci il tarixindən Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 156 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir.
156 saylı tam orta məktəb Xəzər rayonunun böyük tədris ocaqlarından biridir. Məktəb 1935-ci ildən fəaliyyət göstərir. 2021-2022-ci tədris ilində məktəbdə 1774 şagird təhsil almış, 100 nəfər müəllim çalışmışdır.
Məktəbin müəllimlərindən Gültəkin Yolçuyeva, Aygün Muradova, Mənzər Ağabəyova, Səadət Quliyeva, Əzəmxanım Məlikyeqanova, Lalə Quliyeva, Gülnar Hüseynzadə ilə görüşüb direktorun fəaliyyəti barədə və məktəbin hansı nailiyyətlərə, uğurlara imza atması haqqında soruşduq. Müəllimlərin hamısı Gülər İsmayılovanın müsbət işlərindən, işinə vicdanla yanaşmasından ağızdolusu danışdılar. Aygün Muradova qeyd etdi ki, Gülər müəllim inkişaf yönümlü şəxsdir, eləcə də o, qısa müddətdə şagirdlərlə səmimi münasibətinə görə sevilir. Səadət Quliyeva isə söhbət zamanı vurğuladı ki, 2021-2022-ci tədris ilində bütün təlim-tərbiyə prosesi təhsilin keyfiyyətinin artırılmasına, şagirdlərin meyl-marağının inkişaf etdirilməsinə, Vətənini, xalqını sevən vətəndaşlar tərbiyə edilməsinə, istedadlı şagirdlərin üzə çıxarılmasına xidmət etmişdir. Gülnar müəllim isə dedi ki, Gülər müəllim çox tələbkar direktordur, o, müəllimlərdən şagirdlərə yüksək səviyyədə dərs keçmələrini tələb edir, çox səmimi bir insandır, ədalətlidir, hər bir işə düzgün və obyektiv qiymət verir, çalışır ki, heç kəsin xətrinə dəyməsin, özü cavan olsa da hamıya, hətta yaşlı müəllimlərə də ana qayğısı ilə yanaşır.
Faktlarla tanışlıq zamanı aydın oldu ki, 2021- ci ildən başlayaraq xeyli nailiyyətlər, uğurlar qazanılmışdır. Faktlara nəzər salaq. Tədris ocağında müxtəlif fənlər üzrə açıq dərslər keçirilmişdir. Məktəbin direktoru, direktor müavinləri və müəllimlər tarix müəllimləri Əli İbrahimovun, Gülnar Hüseynzadənin, kimya müəllimi Lalə Quliyevanın, Azərbaycan dili müəllimləri Simuzər Mirzəyevanın, Aytac Quliyevanın, texnologiya müəllimi Gültəkin Yolçuyevanın, ingilis dili müəllimləri Aygün Muradova və Ləman Əlizadənin, biologiya müəllimi Əzəmxanım Məlikyeqanovanın, ibtidai sinif müəllimi Bahar Haşımovanın, təsviri incəsənət müəllimi Təhminə İbrahimzadənin dərslərini dinləmişlər.
VI “b” sinfinin rəhbəri, texnologiya fənnini tədris edən Gültəkin Yolçuyeva həmin sinifdə açıq dərsi yaz mövsümü ərəfəsində məktəbin həyətində – təbiət qoynunda keçirmişdir. Müəllim “Tərəvəz yeməklərinin hazırlanması texnologiyası” mövzusunu keçərkən qruplarla iş formasından, müzakirə, beyin həmləsi üsullarından istifadə etmişdir. “Səma”, “Nar”, “Təbiət”, “Təbəssüm” qruplarına ayrılmış şagirdlər dərs zamanı öz fəallıqlarını həm nəzəri, həm də praktik olaraq göstərmişlər. Keçirilən nümunəvi dərs maraqla qarşılanmışdır.
Söhbət əsnasında Gülər İsmayılova qeyd etdi ki, dinlədiyimiz dərslər çox maraqlıdır, müəllimlər çox həvəslə keçirilən mövzunu tədris edir, şagirdlərə biliklərin aşıdılması üçün çalışırlar. Onu da qeyd edim ki, Gülər müəllimin ədəbi dildə danışması da, qarşısındakı hər bir şəxsə xoş təsir bağışlayır və ədəbi dildə danışmağı təqdirəlayiq hesab edirəm. Ədəbi dildə danışmaq isə mədəniyyətimizin bir hissəsidir.Ötən tədris ilində idman sahəsində də nailiyyətlər diqqəti cəlb edir. Belə ki, idmanın müxtəlif bölmələri üzrə yarışlar keçirilmişdir və bu yarışlarda məktəbin şagird və müəllimləri qələbə qazanmışlar. Qaliblər kubok və diplomla mükafatlandırılmışdır.
Bakı şəhəri Gənclər və İdman Baş idarəsi və Xəzər rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Xəzər rayonunun məktəbləri arasında idmanın Yüngül atletika bölməsi üzrə 60-100 metr məsafələrə qaçış üzrə rayon birinciliyi keçirilmişdir. Yarışın nəticələrinə görə 156 saylı tam orta məktəbin şagirdləri I yerə layiq görülmüşlər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş Xəzər rayonunun təhsil işçiləri arasında Dama, Şahmat, Stolüstü tennis və Voleybol yarışı isə Xəzər rayon Gənclər və İdman idarəsi, Xəzər rayon Həmkarlar Komitəsinin və 156 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilmişdir. Yarışlarda Xəzər rayonunun 31 məktəbi iştirak etmişdir. Qeyd edək ki, bu yarışmalarda 156 saylı tam orta məktəbin digər fənnlərini tədris edən müəllimlər də iştirak etmişlər. Ümumkomanda yarışlarında 156 saylı tam orta məktəbin komandası yaxşı nəticə göstərərək I yerə çıxmışdır. Komanda kubok və diplomlarla mükafatlandırılmışdır.
156 saylı tam orta məktəbdə Xəzər rayon Gənclər və İdman idarəsinin və 156 saylı tam orta məktəbin təşkilatçılığı ilə 28 May – Müstəqillik gününə həsr olunmuş Xəzər rayonu məktəbləri arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Yarışın final mərhələsində 6 komanda iştirak edib. I yerin qalibi 156 saylı tam orta məktəb, II yerin qalibi 117 nömrəli tam orta məktəb, III yerin qalibi isə 26 nömrəli tam orta məktəb olmuşdur.
Tədris ilində məktəbdə 100-dən çox rəngarəng tədbir keçirilmişdir. Keçirilən tədbirlər şagirdlərin dünyagörüşünə səbəb olmuşdur. Belə ki, Bilik günü, Beynəlxalq Sülh günü, 8 noyabr – Zəfər günü, 9 Noyabr – Bayraq günü, 12 Noyabr – Konstitusiya günü, 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları günü, 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 2 Fevral – Gənclər günü, 21 Fevral – Ana dili günü, 1 Mart – Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbirlər şagirdlərin və müəllimlərin marağına səbəb olmuşdur.
Tədris ili ərzində müxtəlif yerlərə ekskursiyaların təşkil olunması da şagirdlərin marağına səbəb olmuşdur. Belə ki, şagirdlər Peşəyönümü ilə əlaqədar peşə məktəblərində, “Suraxanı Tanker” muzeyində, “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğunda, “Bakı Kitab Mərkəzi”ndə, “Heydər Əliyev” Mərkəzində ekskursiyalarda olmuşlar.
20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə əlaqədar seminar məşğələlər, konfranslar, təqdimat dərslər keçirilmiş, rəsm sərgiləri təşkil olunmuşdur. Eləcə də Qara Yanvar və Xocalı Soyqırımına həsr olunmuş kinofilmlərə baxış keçirilmişdir.
Yeni il, Novruz bayramında isə məktəbin akt zalında tədbirlər keçirilmişdir. Məktəblilər şeirlər söyləmiş, səhnəciklər göstərmiş və müxtəlif mahnılar ifa etmişlər.
Gülər İsmayılova ilə söhbət əsnasında öyrəndik ki, tədris ilində məktəb üzrə 162 nəfər əlaçı şagird olmuşdur. Onlardan 102 nəfər ibtidai siniflərin, 60 nəfər isə V-XI siniflərin şagirdləridir. Məktəbin 9-cu sinfini 111 nəfər şagird bitirmişdir. Onlardan təxminən 55 nəfər gələn tədris ilində X sinifdə təhsillərini davam etdirəcəklər. Qalan şagirdlər isə müxtəlif peşə liseylərində və kolleclərdə təhsil alacaqlar. 58 şagird isə məktəbin XI sinfini bitirmişdir. Onların hamısı buraxılış imtahanlarında iştirak etmiş, 50 şagird isə qəbul imtahanlarında iştirak etmişlər. Şagirdlərin əksəriyyəti qənaətbəxş bal toplamışlar. Onlar gələn tədris ilində respublikamızın müxtəlif ali məktəblərində təhsillərini davam etdirəcək, müxtəlif ixtisaslara yiyələnəcəklər. 2023-2024 tədris ili üzrə ümumilikdə 8 nəfər fərqlənmə attestatları ilə bitiriblər. Onlardan altı nəfəri XI iki nəfəri isə IX sinif şagirdləridir.
Qarşımda 50-dən çox təşəkkürnamə, fəxri fərman və diplom vardır. Onlar Gülər İsmayılovanın təhsil aldığı və pedaqoji sahədə çalışdığı illərdə nümunəvi, məsuliyyətli fəaliyyətinə görə ona müxtəlif təşkilatlar tərəfindən təqdim edilmişdir. Təşəkkürnamələrə və fəxri fərmanlara baxarkən məlum olur ki, o, hələ orta məktəbdə təhsil alarkən ona ictimai işlərdə fəal iştirak etdiyinə görə rəhbərlik tərəfindən verilmişdir. Gülər müəllimin təltif olunduğu bir neçə fəxri fərmanla oxucularımızı da tanış etmək istərdik. Belə ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri olmuş Mehriban Vəliyeva 04 oktyabr 2021-ci ildə İsmayılova Gülər Bəhram qızına 2020-2021-ci tədris ilində yüksək təlim nailiyyətlərinə görə fəxri fərman təltif etmişdir. Gənc nəslin müstəqil həyata hazırlanmasında göstərdiyi şərəfli, fədakar əməyinə, onların təlim-tərbiyəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyinə və Xəzər rayon tam orta məktəbləri arasında keçirilən müxtəlif növlü idman yarışlarının təşkil olunmasında köməklik göstərdiyinə görə Gülər İsmayılova Xəzər rayon Həmkarlar Komitəsinin sədri Həzərxan Əbilov tərəfindən fəxri diplomla təltif edilmişdir. Həmçinin Xəzər RİH, YAP-nın Xəzər rayon Təşkilatı, ATİAHİ, Xəzər rayon Gənclər İdarəsi, DSX-nin Sahil Mühafizəsi, BŞT-nin HİK-nin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsi tərəfindən Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunmuşdur.
Əlbəttə, hər şey rəhbərdən asılıdır. Gülər müəllim elə ilk gündən tələbkarlıq və ədalətli yolu tutdu. 156 saylı tam orta məktəbə rəhbərlik edən Gülər İsmayılovanın fəaliyyətində kecən illər ərzində nailiyyətlər və uğurlar qazanıldı.
Gülər İsmayılova hələ gəncdir. Arzu edirik ki, növbəti tədris illərində də məhz onun rəhbərliyi altında tədris ocağında yeni nailiyyətlər qazanılsın.Fərhad Əsgərov (Ramizoğlu)