Dərc olunub: 16.11.2024

 

Azərbaycan, Türkiyə və Özbəkistanın təşkilatçılığı ilə hər il təşkil olunan “II Beynəlxalq Avrasiyanın biomüxtəlifliyinin qorunması konfransı” baş tutub.

Mektebgushesi.az “Azərbaycan müəllimi”-nə istinadən xəbər verir ki, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Mübariz Təhsil Kompleksindən verilən məlumata görə, konfransda məktəbin 11-ci sinif şagirdləri Paşazadə Asi, Əliyeva Nuray və onların elmi rəhbəri Vəfa Xankişiyevanın “Sabahın alimləri-2024” müsabiqəsində II yerə layiq görülmüş “Arılarda nosema xəstəliyinə qarşı təbii efir yağlarından istifadə edilməsi” layihəsi müzakirə olunub.

Şagirdlərin bu tədqiqat işi “2nd İnternational Conference on Conservation of Eurasian Biodiversity” jurnalında çap olunub.