Noyabrın 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 19 040 vətəndaş müraciəti daxil olub.
Müraciətlərin 11 055-i çağrı mərkəzləri, 337-si sosial media, 2 387-si “WhatsApp” vasitəsilə olduğu halda, 751-i elektron, 658-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 852 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin işə qəbulu və qarşılıqlı yerdəyişməsi, şagird yerdəyişməsi və digər məsələlərlə bağlı olub.