Dərc olunub: 15.11.2024

13 – 14 noyabr 2024-cü il tarixlərində Koreya Respublikasının İnçon şəhərində İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə Asiya-Sakit Okean Təlim Mərkəzi (APCICT) tərəfindən “İllik Rəqəmsal Liderlər Proqramı” təşkil olunub. Rəqəmsal transformasiya prosesində süni intellekt və məlumat idarəçiliyinin roluna dair keçirilən tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Aliyə Əliyeva və İmtahanın texnoloji təminatı sektorunun müdiri Sevda Abdullayeva da iştirak ediblər.

Bu barədə DİM-dən məlumat verilib.

“İllik Rəqəmsal Liderlər Proqramı” İKT sahəsində davamlı inkişaf üçün institusional bacarıqların inkişaf etdirilməsində əsas rol oynayan APCICT-nin rəqəmsal liderlər şəbəkəsini gücləndirmək məqsədi daşıyır.

Məlumatların məsuliyyətli, etik və təhlükəsiz şəkildə idarə olunmasının təmin edilməsi üçün etibarlı məlumat idarəetmə çərçivələrinin yaradılması da proqramın prioritet müzakirə mövzularından biri olub.

Qeyd edək ki, APCICT “Hökumət Liderləri üçün İKT-nin Əsasları Akademiyası” proqramı vasitəsilə siyasətçilər və dövlət qulluqçularına fəaliyyətləri zamanı İKT-dən səmərəli istifadə etmələri istiqamətində dəstək göstərir.

DİM-in əməkdaşları Koreyada rəsmi səfərdədir

 

Bənzər yazılar