AMEA-nın prezidenti akademik İsa Həbibbəyli COP29 tədbirləri çərçivəsində Nobel mükafatı laureatı, Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunusla görüşüb.
AMEA-dan bildirilib ki, qısamüddətli görüşdə iki ölkənin elmi qurumları arasında qarşılıqlı əlaqələr barədə söhbət aparılıb.
Akademik İsa Həbibbəyli Məhəmməd Yunusu Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, onu AMEA-ya elmi ictimaiyyətin nümayəndələri ilə görüşə dəvət edib.