Dərc olunub: 14.11.2024

 

   Samux rayonunda keçirilən “Gənc Xanımların Sosial Biznes Modellərinin Yaradılmasına Dəstək!” layihəsi uğurla başa çatdı.Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı realllaşdır 2023” fərdi qrant müsabiqəsinin qalibi olmuş gənc Lalə Hacıyevanın “Gənc Xanımların Sosial Biznes Modellərinin Yaradılmasına Dəstək!” layihəsi 2024-cü ildə Samux rayonunda keçirilən son qrant layihəsi olmuşdur.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ,  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayon təhsil sektorunun  və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən Regional nümayəndəliyinin təşkilati dəstəyi ilə keçirilən “Gənc Xanımların Sosial Biznes Modellərinin Yaradılmasına Dəstək!” layihəsi Samux rayonunda yaşayan gənclərin iştirakı ilə beş gün ərzində Samux rayon Heydər Əliyev Mərkəzində həyata keçirilmişdir.

Layihədə ilk qeydiyyatdan keçmiş 25 gənc  30, 31 oktyabr və 1, 5, 6 noyabr tarixində Samuxda keçirilən bu böyük layihdədə iştirak haqqı qazanmışdır.

Layihədə 5 gün ərzində biznes planın yazılması, sosial media marketinqi, manikür-pedikür və toxuculuq üzrə nəzəri və praktiki təlimlər keçirilmişdir. Layihə çərçivəsində keçirilmiş təlimlərdə iştirak etmiş hər bir gənc isə “Sertifikat” ilə təltif olunmuşdur.

Layihədə 25 gənc  öz bilik və bacarıqlarını həm inkişaf etdirmiş, həm də sertifikatla təltif edilmişlər.

 

Bənzər yazılar