Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera Mərkəzinin dəstəyi, Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya – sağlam gələcək!” adlı sərgi-müsabiqə keçirilib.
Universitetdən Mektebgushesi.az-a bildirilib ki, müsabiqə çərçivəsində filial tələbələrinin ekologiya və ətraf mühitin mühafizəsinə həsr etdikləri əl işlərindən (rəsm, toxuma, qurma və s.) ibarət əsərlərin sərgisi təşkil edilib. Həmçinin təqdim olunmuş işlər müvafiq komissiya tərəfindən dəyərləndirilib və münsiflərin rəylərinə əsasən qaliblər müəyyənləşdirilib.