Noyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis ilə görüşüb.
Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə,görüş zamanı COP29 çərçivəsində təhsil sahəsində həyata keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin təşkilat ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib