Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Özbəkistana səfər çərçivəsində növbəti ali təhsil müəssisəsində olublar.
ADNSU-dan bildirilib ki, Təcrübə bölməsinin müdiri Səbinə Əliyeva və layihələr üzrə menecer Elmar Quliyev Özbəkistanda Daşkənd Kimya Texnologiya Universitetinin rəhbər şəxsləri ilə görüşüblər.
Universitetin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Zebo Babaxanova, təhsil müəssisələri ilə iş üzrə prorektor Anvar Şernayev və digər əməkdaşlarla görüşdə tələbə, müəllim mübadiləsi, beynəlxalq elmi konfrans və layihələrdə birgə iştirak və digər bu kimi müştərək layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.