Dərc olunub: 08.11.2024
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fakültə və filiallarında Zəfər Günü münasibətilə silsislə tədbirlər davam edir.
Universitetin İbtidai təhsil fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti  və tələbələri İkinci Fəxri Xiyabanı ziyarət edərək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarları üzərinə tər çiçəklər düzüblər. Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun fakültənin III tədris ili tələbəsi olan qızı Əzizə Həmidova tələbə yoldaşları və müəllimləri ilə birgə atasının məzarını ziyarət edib, qəhrəman vətən oğullarının əziz xatirələri ehtiramla yad olunub.
Tarix və coğrafiya fükültəsində də fakültə  və Tərəqqi dərnəyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Şanlı Zəfər” adlı tədbir keçirilib.
Tədbirdə fakültə rəhbərliyi, universitetin tələbəsi, 44 günlük Vətən müharibəsi iştirakçısı Elşad Kərimov, şəhid yaxınları və tələbələr iştirak ediblər.
Rəsmi çıxışlardan sonra tədbir tələbələrin milli-vətənpərvərlik ruhunda hazırladıqları şeir və musiqi nömrələri, səhnəciklərin nümayişi ilə davam edib.
Universitetin SABAH Mərkəzinin təşkilatçılığı ilə “Əbədi Zəfər” adlı tədbir təşkil edilib. Tədbirin qonağı olan Aprel və II Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Vüsal Nağıyev II Qarabağ müharibəsi ilə bağlı öz təsüratlarını bölüşüb. Daha sonra tələbələr tərəfindən hazırlanmış səhnəcik nümayiş etdirib.
İncəsənət və fiziki tərbiyə fakültəsində keçirilən Zəfər Günü tədbiri fakültənin tələbələrindən ibarət xor kollektivinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Fakültənin dekanı sos.ü.f.d Anar Fərmayılov və professor-müəllim heyətinin üzvləri Vətən müharibəsinin tarixi, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, Ali Baş Komandan, ordu və xalq birliyinin gücü mövzularında çıxışlar ediblər.
ADPU-nun filiallarında da şanlı Zəfərimiz böyük təntənə ilə qeyd edilib.
Ağcabədi filialında Zəfər Günü münasibətilə “Mənim Azərbaycanım, adına zəfər yaraşır” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, rayonun Şəhidlər Xiyabanı ziyarət ediıərək vətən uğrunda canlarından keçən şəhidlərin xatirələri edilib.
Filial rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi elmi-praktik konfransda Vətən müharibəsi, Zəfərin hərbi və tarixi aspektlərini özündə əks etdirən mühazirə və çıxışlar dinlənilib. Konfransın gedişində tələbələr tərəfindən “Xudayar təsnifi” ifa edilib.
Şəki filialının rəhbərliyi, professor-müəllim heyəti və tələbələr şəhərin Şəhidlər Xiyabanını ziyarət ediblər. Həmçinin, Vətən müharibəsi şəhidi Şahmar Soltanlı və Eltun Kərimovun ailələri filial əməkdaşları tərəfindən ziyarət edilib. Eyni zamanda,  Zəfər Günü münasibətilə tədbirlər təşkil edilib.
Şamaxı filialında isə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarı bülbül qoxulu Zəfər” adlı tədbir keçirilib. Tədbirdən əvvəl filialın həyətyanı sahəsində filialın şəhid məzunlarına həsr olunmuş guşə ziyarət olunub, ardınca tələbələrin əl işlərindən ibarət Zəfər Gününə həsr olunmuş sərgiyə baxış keçirilib. Rəsmi çıxışlardan sonra tədbir milli-vətənpərvərlik ruhlu musiqi və rəqs nömrələri ilə davam edib.

Bənzər yazılar