Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim, işçi heyəti 8 Noyabr Zəfər Günü münasibətilə LDU-nun I saylı tədris korpusunun həyətində bu ali təhsil ocağının şəhid tələbə və məzunlarının xatirəsinə inşa edilmiş abidənin önünə təzə-tər qərənfillər düzərək xatirələrini ehtiramla yad ediblər.
8 Noyabr Zəfər Günündə Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim, işçi heyəti Lənkəran şəhərinin mərkəzində Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış Xatirə Abidə Kompleksini də ziyarət ediblər. Şəhid məzarlarının önünə qərənfillər düzülüb, xatirələri ehtiramla anılıb.
Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhid oğullarımıza Allahdan rəhmət diləyir, ruhları şad olsun deyirik.
…Torpaq uğrunda ölən varsa Vətəndir!