Dərc olunub: 07.11.2024
“Düşünürəm ki, uşaqların 7 yaşda tədrisə cəlb edilməsi doğru qərar deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov uşaqların 7 yaşda tədrisə cəlb edilməsi ilə bağlı təklifə münasibət bildirərkən deyib.
Deputat uşaqları erkən yaşda tədrisə cəlb etməyən vacibliyini vurğulayıb:
“Məktəblə bağlı zaman-zaman müxtəlif fikirlər eşidirik. Erkən yaşda uşaqların tədrisə cəlb olunması doğru qərardır. Bunun da üzərində duraraq prosesi irəliyə doğru aparmalıyıq. Bəzən bu cür yanaşmalar, baxışlar bizə problemlər yaradır”.
Deputat bu gün dünyada təhsil sahəsində fərqli sistemlərin tətbiq olunduğunu vurğulayıb:
“Əksər ölkələr daha erkən yaşlarda uşaqların tədrisə cəlb olunması prosesinə başlayır. Bu bəzi ölkələrdə 6, bəzi ölkələrdə daha erkən dövrü nəzərdə tutur. Ona görə də uşaqların 7 yaşında məktəbə getməsinin heç bir əsası yoxdur”.
Təhsil ekperti Məzahir Məmmədli bildirib ki, bu gün Azərbaycanda 12 illik təhsillə keçidlə bağlı təşəbüsslər var:
“Biz 12 illik təhsildən danışırıqsa, yenidən 7 yaşdan ibtidai siniflərin başlanması geri dönməyimiz kimi qəbul olunar. Hesab edirəm ki, bu bir qədər prosesləri ləngidə bilər. Amma Kamran Əsədovun da bir fikiri ilə də razıyam ki, bu gün 6 yaşdan birinci sinifə qəbulun bütün şagirdlər üçün məqbul olmayan tərəfləri var. Yenidən 6 yaşdan geriyə dönüşümüz bu günün tələbləri ilə düzgün səslənməz. Bu günün uşaqları daha fərqli düşünür”.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov məktəbə başlama yaşını 7-yə qaldırılması təklif ilə çıxış edib. Ekspert bunun təhsildə uşaqların inkişafı və öyrənmə potensialları baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Bahar Rüstəmli

Bənzər yazılar