Dərc olunub: 06.11.2024

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən korreksiyaedici pedaqoqlar üçün təlim keçirilib.

Təlimdə BŞTİ-nin Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri, TDM-in direktoru vəzifəsini müvəqqəti icra edən Anar Mustafazadə, metodistlər Esmira Kazımova və Roza Rüstəmova iştirak ediblər.

“İnklüziv təhsilin prinsiplərinə müasir yanaşma” mövzusunda keçirilən təlimin əsas məqsədi ümumi təhsil müəssisələrində çalışan korreksiyaedici pedaqoqların peşəkar inkişafına dəstək vermək, onları inklüziv təhsil sahəsində olan yeniliklər, yanaşmalar və strategiyalarla tanış etməkdən ibarətdir.

Təlim zamanı inklüziv təhsilin əsas prinsipləri, müasir metod və yanaşmalar, əlçatanlıq və fərdiləşdirilmiş tədris metodları, uşaqlarla effektiv ünsiyyət formaları haqqında geniş məlumat verilib.

Təlimdə korreksiyaedici pedaqoqlara müxtəlif istiqamətli praktiki tapşırıqlar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Bənzər yazılar