Noyabrın 6-sı Azərbaycanda Radio və Televiziya İşçilərinin Peşə Bayramı Günüdür. 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb.
Bakı Televiziya Studiyası ilk dəfə 14 fevral 1956-cı ildə efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkar Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı!” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.