Dərc olunub: 05.11.2024

Astara rayonunda oğurluq hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, rayon ərazisindəki məktəblərdən birində gözətçi işləyən 46 yaşlı A.Mikayılov axşam saatlarında direktorun otağından onun bank kartını oğurlayıb və içərisindəki 3 200 manatı nağdlaşdırıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə onun bu əməlinin üstü açılıb və A.Mikaylov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bənzər yazılar