Məlum olduğu kimi, 3 noyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi kağız daşıyıcılar vasitəsilə BB vəzifə qrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını keçirib.
Bu barədəMektebgushesi.az– a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Namizədlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər.
İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 122 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 14, BB2 altqrupu üzrə 37, BB3 altqrupu üzrə 31, BB4 altqrupu üzrə 17 nəfər olmaqla, ümumilikdə 99 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 5 noyabr saat 10:00-dan 7 noyabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.