Dərc olunub: 04.11.2024

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə “Xüsusi hallar zamanı görülməli işlər barədə prosedur Qaydalar” mövzusunda görüş keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd xüsusi hallar zamanı atılması vacib olan addımlara dair maarifləndirmə işi aparmaq, ümumi təhsil müəssisələrində mövcud vəziyyəti müzakirə etmək, daha səmərəli işçi platformanın yaradılmasına nail olmaqdır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Altun Rəcəbli məktəblərdə baş verən xüsusi hallarla bağlı məsələlərə hər zaman həssaslıqla yanaşıldığını, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə fəaliyyətin tənzimlənməsində daha konkret yanaşmanın əhəmiyyətindən danışıb. Bildirib ki, həssas qruplara daxil olan uşaqlarla işə diqqətin artırılması, valideynlərlə əməkdaşlığın gücləndirilməsi, effektiv kommunikasiyanın yaradılması zəruridir.

Daha sonra görüş qarşılıqlı müzakirələrlə davam edib. Müvafiq təkliflər irəli sürülüb, iştirakçları maraqlandıran suallar cavablandırılıb.

Bənzər yazılar