Azərbaycan kitab sektoruna yenidən qayıdan Kritika Nəşriyyatı və nəşriyyatın ikinci qolu olan, yeni fəaliyyətə başlayan Salman Mümtaz yayımları Türkiyənin İstanbul şəhərində keçirilən 41-ci Beynəlxalq İstanbul Kitab Sərgisində seçmə kitabları ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin stendində çıxış edir.
İlk dəfə ölkə xaricində Beynəlxalq Kitab Sərgisinə qatılan nəşriyyatın kitabları türk oxucuları və nəşriyyatları ilə tanış olma fürsəti tapmışdır.
2-10 noyabr tarixində keçiriləcək sərgidə Kritika Nəşriyyatı və Salman Mümtaz yayımları Türkiyə nəşriyyatları və yazarları ilə qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq üçün müzakirələr aparacaqdır.