Dərc olunub: 01.11.2024

 

28-30 oktyabr tarixlərində 2024-cü il üzrə  Türk Dünyasının “Gənclər Paytaxtı” seçilmiş  Lənkəran şəhərində Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc tədqiqatçılar üçün “Açıq elm” yay məktəbinin təşkili” layihəsi çərçivəsində  təlim keçirilib.

Təlimdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru İlkin Əsgərov, Tarix və coğrafiya fakültəsinin müəllimi Səbinə Səmədova, Quba filialının əməkdaşları Yadulla Ələkbərov, Sərxan Cəfərov və doktorant Amid Əliyev də iştirak ediblər.

Tədbirin rəsmi hissəsində Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov və  Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Kənan Musayev çıxış edərək ölkədə həyata keçirilən davamlı gənclər siyasəti və layihə çərçivəsində təşkil edilmiş  təlimin əhəmiyyətindən danışıblar.

İki gün davam edən təlim zamanı müxtəlif ali məktəb və institutları təmsil edən gənc tədqiqatçılar açıq elmi resurslara çıxış imkanları haqqında məlumatlandırılıb, elmi-tədqiqat bazalarından səmərəli istifadə metodları, indekslər və data bazalar, elmi məqalələrin hazırlanması metodları, İMRAD modeli və açıq təhsil resursları barədə informasiyaları əks etdirən təqdimatlarla tanış olublar. Həmçinin  layihə çərçivəsində təlim iştirakçılarının Lənkəran şəhərində yerləşən Tarix-diyarşünaslıq muzeyi və Həzi Aslanovun ev muzeyinə  ekskursiyası təşkil edilib.

Bənzər yazılar