Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin növbəti qonaqlarından biri qazax yazıçısı Gülbəhram Kurqulina olub.
Muzeydən bildirilib ki, Azərbaycanın qələm sahiblərinin həyat və yaradıcılığını bir məkanda görmək, tanımaq qonaqda xoş təəssürat yaradıb. Xüsusən Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Heyran xanım və digərləri haqqında məlumatlar qonaqda Azərbaycan qadınının zəkasına, müdrikliyinə maraq oyadıb. Yazıçını bu mədəniyyət ocağı ilə Ekspozisiya şöbəsinin kiçik elmi işçisi Aytən Məmmədova tanış edib.
Sonda “Rəy kitabı”na ürək sözlərini qeyd edən Gülbəhram Kurqulina muzeyə “Xəyallarınız gerçəkləşsin” (“Da sbudutsya tvoi meçtı”) kitabını hədiyyə edib
Qeyd edək ki, Gülbəhram Kurqulinanın öz auditoriyası var və kitabları beşinci yerə layiq görülərək onluğa daxil olub. Əsasən qazax qadınlarının taleyindən, onların ailədə və cəmiyyətdə sosial rollarından bəhs olunan “Baybişə. Böyük həyat yoldaşı”, “Tokal. Kiçik həyat yoldaşı”, “Qayınana belə qızıldır” və digər kitabları oxucuları tərəfindən maraqla qarşılanıb.