Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları dərmanların çatdırılmasında poli-N-vinilpirrolidonun roluna dair tədqiqat aparıblar. Tədqiqatın nəticələri Xorvatiya Kimya Mühəndisləri Cəmiyyətinin “Kimya və biokimyəvi mühəndisliyin rüblük jurnalı”nda (Chemical and Biochemical Engineering Quarterly) dərc olunub.
İnstitutdan bildirilib ki, məqalədə xüsusi PVP-dərman birləşmələri üçün fərdiləşdirilmiş morfologiyalar hərtərəfli araşdırılıb, aktiv agentlər, metodologiyalar və istifadə olunan emal parametrləri müəyyən edilib. Polimerin yeni əczaçılıq məhsulunun inkişafında mühüm rolu vurğulanıb.
Tədqiqatçıların təhlili PVP-nin dərmanların çatdırılması texnologiyalarının inkişafındakı kritik mövqeyini təsdiqləyir, onun çoxşaxəli tətbiqlərini və yeni müalicələrin qabaqcıl potensialını nümayiş etdirir.
Məqalənin dərc edildiyi jurnal “Scopus” bazasına daxildir və təsir əmsalı 1,60-dır.